Fransa çempionatında mövsümün ən yaxşıları açıqlanıb.

"Unikal" xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Milli Peşəkar Futbolçular İttifaqı tərəfindən mövsümün ən yaxşı oyunçusu elan edilib.

PSJ-nin digər futbolçusu Nuno Mendes mövsümün ən yaxşı gənc oyunçusu seçilib. Mövsümün ən yaxşı qapıçısı adını “Lans”ın qolkiperi Bris Samba qazanıb.