Yunanıstanın Meriç bölgəsində insan qaçaqmalçılığı ilə əlaqəsi olan 5 sərhəd polisi saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Agentliyi AMNA məlumat yayıb
Bildirilir ki, Dimetoka Sərhəd Mühafizə Birliyində çalışan 5 sərhəd polisinin insan qaçaqmalçılığı şəbəkəsinə bağlı olduqları səbəbiylə nəzarətə alınıb.
Araşdırmalar çərçivəsində 2022-ci ilin oktyabr ayından sözügedən polislərin telefon zənglərinin dinlənildiyi qeyd edilib.
Polislər barəsində cinayət işi açılıb.