Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu Binəqədi rayonu ərazisində yerləşən kafedə digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğlu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Səfərova Qahirə Zəkəriya qızını, Səməndər Səfərovun bacısı oğlu 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğlunu bıçaqlayıb.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Quliyev Elxan Elşən oğlu şübhəli şəxs qismində saxlanıb.