Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ-nin hücumçusu Lionel Messiyə inanılmaz maaşlı müqavilə təklif edib. 

"Unikal" xəbər verir ki, futbolçuya illik maaş kimi 600 milyon avro veriləcək. 

Argentinalı təklifə müsbət cavab versə, onun maaşı Kriştianu Ronaldonun hazırda "Əl-Nəsr"də aldığı məbləğdən iki dəfə çox olacaq. 

Futbolçunun atası Xorxe Messi oğlunun transferinin tərəfdarıdır. Məlumata görə, argentinalı hələ karyerasını harada davam etdirəcəyini seçir. Messi Səudiyyə Ərəbistanının təklifini qəbul etsə, futbol tarixində rekord maaş alacaq.

Ağarza Elçinoğlu