Dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsinin əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir.

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bildirib. Onun sözlərinə görə, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəlikləri və s. qeyd edirlər:

"Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir".