Rusiyada ümumi sərvəti 505 milyard dollar olan 110 milyarder var. Bu məbləğ onların uşaqlarının ümumi sayına bərabər bölünsə, onların hamısı da milyarder olacaqlar.

"Unikal" xəbər verir ki,  bu barədə "Forbes" jurnalı məlumat yayıb. 

Siyahıya hər bir varisin ən azı 2,5 milyard dollara sahib olduğu 110 ailədən 20-si daxil olub. 

Belə ki, siyahıya azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edib. Onun sərvəti 20,5 milyard dollar təşkil edir. İkinci yerdə EuroChem və SUEK- in təsisçisinin qızı və oğlu  Andrey Melniçenko (hər biri 12,6 milyard dollar), üçüncü yerdə Sibur və Novatek şirkətlərinin ortaq sahibi Leonid Mixelsonun varisləri (hər biri 10,8 milyard dollar) qərarlaşıb.

Gülayə Mecid