Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Unikal" xəbər verir ki, qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.

Məmmədova Özmezə 6:0 hesabıyla qalib gələrək U20 Avropa çempionu olub.

Daha öncə qadın güləşçimiz Günay Qurbanova (59 kq) U20 Avropa çempionatının gümüş medalını qazanıb.