75 minlik manatıq dələduzluqda təqsirləndirilən Nizami Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Sənan Mehdiyev vəsatət təqdim edərək müvəkkilinin 67 yaşının keçdiyini nəzərə alaraq onun barəsində olan həbs qətimkan tədbirinin qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.
Prokuror isə vəsatətin əsassız olduğunu əsas gətirərək məhkəmədən onun təmin olunmasını xahiş edib.
Müşavirədən sonra vəsatətin təmin olunmaması elan edilib.
Zərərçəkən məhkəmədə ifadəsi zamanı vurğulayıb ki, o iki maşın kibrit gətirilməsi üçün Nizami Hacıyevə pul verib.
"Mən kibrit almaq üçün ona 75 min manat pul vermişəm. O, buna görə söz versə də, müxtəlif bəhanələrlə bu məsələni yubadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Pulunu da mənimsədi. Mən pulumu istəyəndə isə başladı məni şantaj etməyə".
Təqsirləndirilən isə zərərçəkənin cavabına münasibətdə isə vurğulayıb ki, zərərçəkənə hər hansı bir borcu yoxdur. Onun dediyinə görə,üzərinə götürdüyü 75 min manatlıq kibriti zərərçəkənə təhvil verib.
Təqsirləndirilənin dediyini qeyri-səmimi ifadə kimi qiymətləndirən hakim onu bir daha səmimi ifadə verməyə dəvət edib.
Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, Nizami Hacıyev ona verilən sifariş əsasında 75 min manatlıq kibrit gətirərək sifarişciyə təhvil verməyi öhdəsinə götürsə də buna əməl etməyib.O kibriti gətirməməklə yanaşı aldığı 75 min manatı da mənimsəməkdə təqsirləndirilir.N.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, təqsirlqndirilən şəxs barəsində əvvəl həbs olmayan qətimkan tədbiri seçilsə də ötən prosesdə zərərçəkənin vəsatəti ilə onun barəsindəki qərar dəyişdirilərək habs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə zalinda həbs edilib.
Orxan Rasifoğlu









.jpg)
























.png)







_1766155543.jpeg)







