Salonikidəki Makedoniya Beynəlxalq Hava Limanından Almaniyanın Memmingen Hava Limanına gedən "Ryanair"ə məxsus sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.
"Unikal" xəbər verir ki, təyyarə havada olarkən naməlum səbəbdən pəncərə qəfildən sınıb.
Yunanıstanın ERT xəbər kanalının məlumatına görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra pəncərə qırılıb. Hadisə zamanı yüksək hava təzyiqi səbəbindən pəncərənin kənarında oturan sərnişin yarıya qədər təyyarədən çölə çıxıb. 60 yaşlı yunan kişinin yanında oturan sərnişinlər onu təyyarənin içərisinə çəkməyi bacarıblar. Ona təhlükəsizlik kəmərləri də kömək edib.
Təyyarədə oksigen maskaları avtomatik olaraq açılıb. Pilotlar sərnişinləri sakitləşdirərək təyyarəni Saloniki hava limanına qaytarıblar. Zərərçəkən xəstəxanaya aparılıb.
Xəsarət almayan digər sərnişinlər artıq başqa bir reyslə Almaniyaya yola düşüblər.
Mövcud məlumata görə, qəzaya uçuş zamanı mühərrikdən qoparaq pəncərəni sındıran bir parça səbəb ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu
"#Ryanair"ə məxsus sərnişin təyyarə havada olarkən pəncərəsi qırılıb pic.twitter.com/HCHc4MmFHH
— Unikal.az (@UnikalOrgPortal) July 10, 2026


















.png)







_1766155543.jpeg)






















