"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, komandama çoxlu qollarla fayda verəcəyəm.
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"dan "Seltik"ə transfer olunan Kamilo Duran Şotlandiya klubunun rəsmi saytına açıqlamasında deyib.
Kolumbiyalı futbolçu “Seltik”dən gələn təklifi dərhal qəbul etdiyini bildirib: "Mənə maraq göstərildiyini eşidəndə heç bir tərəddüd etmədim. Yeni komanda yoldaşlarımla meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
24 yaşlı hücumçu UEFA Çempionlar Liqasında çıxış etməyin və qol vurmağın uşaqlıq arzusu olduğunu söyləyib: "Çempionlar Liqasında oynamaq hər bir uşağın arzusudur. Orada qol vurmaq mənim üçün möhtəşəm hiss idi. “Seltik”də də bunu davam etdirmək, Çempionlar Liqasında qollar vurmaq istəyirəm. Hər matçda əlimdən gələni edir, böyük əzmkarlıq və fədakarlıqla mübarizə aparıram. Ümid edirəm ki, qollar da gələcək".
Duran "Seltik"in heyətində çıxış edən ilk kolumbiyalı futbolçu olmasının onun üçün böyük qürur olduğunu bildirib: "Bu, böyük şərəfdir. Uşaqlıqdan arzum ölkəmin milli komandasında oynamaq olub. Ümid edirəm ki, burada uğurlu çıxış edərək buna da nail olacağam".
O, baş məşqçinin etimadını doğrultmağa çalışacağını deyib: "Baş məşqçiyə buraya gəldiyim üçün nə qədər xoşbəxt olduğumu söylədim. Ümid edirəm ki, bunu meydandakı çıxışımla doğruldacağam. Bu formanı geyinmək böyük şərəfdir və arzum bu mövsüm də çempion olmaqdır".
Qeyd edək ki, “Seltik” Kamilo Duranla 5 illik müqavilə imzalayıb.





_1766155543.jpeg)























.jpg)


.jpg)



















