ABŞ hökuməti, İsrail və bəzi regional ölkələr İran hökumətini devirmək və uzun bir proses olsa belə, bu məqsədə çatmaq üçün lazımi şərait yaratmaq da daxil olmaqla, hərəkət variantlarını nəzərdən keçirirlər. 

"Unikal" xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, əsas nəticələrdən biri belə bir məqsədə çatmaq üçün İranın iqtisadi blokadasının mümkün qədər tez bərpa edilməsidir.

Qərb diplomatik rəsmiləri ABŞ ilə anlaşmanı irəli sürən İslam Respublikası rəsmilərinin, o cümlədən Məsud Pezeşkian və Abbas Əraqçinin taleyinə xələl gətirmək cəhdləri barədə xəbərdarlıq ediblər.

Bu rəsmilər hesab edirlər ki, Əli Xameneinin dəfn mərasimi zamanı Pezeşkian və Əraqçiyə zərər vermək cəhdləri İnqilab Keşikçilərinin onlara qarşı təmkinini itirdiyini göstərir.

ABŞ ilə anlaşma imzalandıqdan sonra daxili mübahisələr daha da şiddətlənib və SEPAH komandirləri mülki rəhbərliyi ələ keçirə və Məsud Pezeşkian hökumətini devirmək üçün hərəkətə keçə bilərlər.

Ağarza Elçinoğlu