Müğənni İradə İbrahimova illər əvvəl Türkiyədə yaşadığı çətin günlərdən danışıb.

"Unikal" xəbər verir ki, sənətçi bu barədə "Söhbət var" verilişində açıqlama verib.

"İllərdir həyatımda təmiz ortamla yürümüşəm. Azərbaycan səhnəsində də təmiz yolda gedirdim. Getdim Türkiyədə qəribə insanların əlinə düşdüm. 2013-cü il idi. Hamı mənə "Açıb danışma" deyirdi. Bütün pullarımı xərclədim. Məni maddi və mənəvi çökdürdülər. Mənəvi tərəfimi sağaltdım, amma maddi tərəfi hələ də məni yandırır. Taleyimlə barışmışam. Yaxşı ki, bunları yaşamışam".

Müğənni həmin hadisələr barədə uzun müddət danışmaq istəmədiyini də vurğulayıb:

"İndi də bu haqda danışmazdım. Amma mənə haqsızlıq edən insanların Türkiyə şou-biznesində başqa qurbanlarının da olduğunu gördüm. Mən kənardan gəlmişdim, mənə bunu ediblər. Oradakılar isə onların əlindən nələr çəkiblər. Nə qədər çıxıb bu haqda danışanlar oldu".