“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini müsbət cavablandırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, qərar qəbul olunarkən kolumbiyalı hücumçunun istəyi də nəzərə alınıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu Ağdam təmsilçisinin heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.
























.jpg)



























