Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar.