"Kişinyovda biz Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair müzakirələrin davam etdiriləcəyini gözləyirik".

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "Twitter" səhifəsində yazıb . 

"Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək və sərhədlərin delimitasiyasında irəliləmək vacibdir. Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Ekstremist mövqelərdən çəkinmək və dialoqa can atmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlar lazımdır", - deyə o yazıb.

Ağarza Elçinoğlu