Cəlilabad rayonunda yeniyetmə oğlan itkin düşüb.
"Unikal" xəbər verir ki, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən məktəbdən sonra, təqribən, saat 18 radələrində yoxa çıxıb.
Evdən çıxarkən əynində ağ köynək və əlində əl çantası olub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin azyaşlının 30 may tarixində saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.