Bakı sakininin bank kartının hesabından pul oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.