Ukrayna Prezidenti Volodimir Zelenski “Avropa siyasi birliyi”nin sammitində iştirak etmək üçün Moldovaya gedib. 

"Unikal" xəbər verir ki, Zirvə toplantısının keçiriləcəyi Mimi qalasında Moldova Prezidenti Maya Sandu tərəfindən qarşılanan Zelenski jurnalistlərə açıqlama verib.

Belə ki, jurnalistlərdən biri Ukrayna liderinə "Müharibə nə vaxt bitəcək?" sualını verib. O, isə "Biz qalib gələndə müharibə bitəcək. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpağımızı tərk etməli olacaq", -deyə cavab verib. 

Həmçinin, Zelenski ölkəsinin Ai və NATO-ya üzvlüyü ilə bağlı "Gələcəyimizin Aİ-də olduğuna inanırıq. Ukrayna da NATO-ya üzv olmağa hazırdır. NATO-nun ölkəmizi daxil etməsini gözləyirik. Təhlükəsizlik zəmanətləri təkcə Ukrayna üçün deyil, həm də Moldova üçün vacibdir", - deyə  qiymətləndirmə edib. 

Son olaraq Zelenski AQS Sammiti zamanı bəzi liderlərlə danışıqlar aparacağını və bu görüşlərdə ölkəsinə "Patriot" raket sistemləri kimi hərbi dəstək verilməsini müzakirə edəcəyini bildirib.

Gülayə  Mecid