"Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir".  

"Unikal"  xəbər verir ki, TASS xəbər verir ki,  bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada "Avropa siyasi birliyi"nin sammitində jurnalistlərə açıqlamasında deyib.  

"Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, - Qaribaşvili bildirib.

Gülayə  Mecid