İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin Beynəlxalq Valyuta Fondunun sərəncamında olan 6,7 milyard dollarlıq İran resursuna sürətli çıxış imkanını açıqlayıb.

"Unikal" xəbər verir ki, Fərzin bunu Vaşinqtonda BVF rəsmiləri ilə görüşləri zamanı deyib.

O, bildirib ki, bu vəsait mövcud iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün istifadə edilə bilər.