"Neftin bir barelinin orta ixrac qiymətinin dövlət büdcəsində 60 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görünsə də, real qiymətdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürülür.
O əlavə edib ki, orta illik infiltyasiyanın enməsi də nəzərdə tutulur.
Anar Kəlbiyev