Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident!

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin”.