28 May prezident seçkilərində 13-cü prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə əlaqədar sabah Əskişəhərdə 101 silahdan atəş açılacaq.

"Unikal" xəbər verir ki, Əskişəhər Qubernatorluğundan verilən açıqlamada, prezident Rəcəb Tayyib Ərdoğanın 3 iyun (sabah) şənbə günü Prezident Külliyesində andiçmə mərasimi keçirəcəyi üçün Əskişəhər Qarnizonu Komandanlığı tərəfindən Əskişəhərə 101 silahdan atəş açılacağı bildirilib.