Ötən gün saat 12 radələrində Gəncə şəhər sakini Məmmədov Şəfi Yusif oğlu  idarə etdiyi Mersedes-Benz E 280 markalı, 90-TO-635 qeydiyyat nömrə nişanlı avtomobil ilə Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində yolu keçən piyada 1940-cı il təvəllüdlü Rüstəmov Kamil İsmayıl oğlunu vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Unikal" xəbər verir ki, faktla bağlı Şəmkir RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.