Ermənistanda şərab günləri zamanı insident baş verib.

"Unikal" xəbər verir ki, bir qrup vətəndaş və polis əməkdaşının iştirakı ilə insident Yerevan Şərab Günləri tədbiri zamanı baş verib.
Hadisənin videosunu sosial şəbəkələrdə keçmiş prokuror, vəkil Raffi Aslanyan yayıb.
Videoda polis əməkdaşlarının iki vətəndaşı ərazidən necə zorla çıxarmağa çalışdığı əks olunub. Onlardan biri adamın başına yumruq vurub, zərbənin təsirindən kişi huşunu itirib.

İyunun 2-dən iyunun 4-dək Ermənistanda yeddinci dəfə “Yerevan Şərab Günləri - 2023” festivalı keçirilir . Festival tədbirlərində 70-ə yaxın şərabçı iştirak edir, 500-ə qədər şərab çeşidi təqdim olunur.