Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan "Kapital Bank" növbəti beynəlxalq mükafata layiq görülüb.
"Unikal" xəbər verir ki, nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk bank məhz "Kapital Bank" olub.
“Artıq hamı bilir ki, Kapital Bank həm işçi sayına görə, həm də ən fəal işəgötürən olaraq ölkənin lider bankıdır. Bu siyahıya mükəmməl iş yerinin də əlavə olunması qürurverici haldır. "Kapital Bank" öz iş həyatının cəlbediciliyini və hər bir əməkdaş üçün mükəmməl bir iş şəraitini qorumaq üçün fəaliyyətlərini davam etdirir. Əsas fokusumuz isə dəyişilməz olaraq qalır - əməkdaşlarımızın inkişafi və mükəmməl karyera imkanları yaratmaq.” - deyə, "Kapital Bank"ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirib.
Qeyd edək ki, "Great Place To Work" beynəlxalq qurum olmaqla 5 qitədə və 60-dan çox ölkədə fəaliyyət göstərir. Qurumun məqsədi insanlar üçün ən arzuolunan iş yerlərinin siyahısını müəyyən etməkdir.
Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.