Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə konstitusiya islahatları təşəbbüsü irəli sürüldüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə prezident seçkilərindən sonra formalaşan Nazirlər Kabinetinin ilk iclasının yekunlarına əsasən məlumat verib.

Ərdoğan xalqa televiziya ilə müraciətində deyib: “Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi yenidən parlamentə təqdim edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, hakimiyyət ölkədə inflyasiyanı “birrəqəmli rəqəmlərə” endirmək və yüksək qiymətlərin iqtisadiyyatda yaratdığı problemləri həll etmək əzmindədir.