İyunun 1-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin akademik nəticələrinin qiymətləndirilməsi üzrə yaz imtahanları start götürüb.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, test üsulu ilə aparılan imtahan sessiyasının təşkilinə və gedişinə nəzarəti həyata keçirmək, ortaya çıxa biləcək problemləri yerindəcə operativ həll etmək məqsədilə Akademiyada İmtahan Qərargahı yaradılıb.