Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 50-dən çox əməkdaşından 30 gün ərzində ölkəni tərk etməyi tələb edib.

"Unikal" xəbər verir ki, müvafiq məlumat  idarənin saytında dərc olunub .

Rumıniya XİN-in məlumatına görə, ölkə hakimiyyətinin qərarı ilə Rusiya Rumıniyadakı postlarının sayını 51-ə endirməlidir. Onların arasında 21 diplomatik post və 30 texniki və inzibati heyət var. Qeyd olunur ki, ixtisar ediləcək vəzifələr və ölkəni tərk etməli olacaq şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən seçiləcək.

Rus diplomatın 30 gün ərzində Rumıniyanı tərk etməli olduğu dəqiqləşdirilir. Buxarest  qeyd edib ki, bu yolla hakimiyyət Rusiyadakı Rumıniya və Rumıniyadakı Rusiya nümayəndələrinin sayını bərabərləşdirmək istəyir .