"Vaxtı ilə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün həmişə tez-tez sadaladığı bir söz var idi. İsa Qəmbər, Pənah Hüseyn bildirirdi ki, biz silah gücü ilə hakimiyyətə gəlmişik, ancaq silah gücü ilə devirmək olar. İndi demokratiyadan, insan haqlarından danışanlar bu cür ideya ilə Azərbaycan cəmiyyətinə özlərini sırıyırdılar".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki,Azərbaycanda dövlət çevrilişinin, qardaş qanının tökülməsinin qarşısını ümummilli lider Heydər Əliyev alıb: “Ulu Öndər Azərbaycanda sivil, demokratik yolla insanların seçilməsi və hakimiyyətdə təmsil olunmasının əsasını qoyub.
Bu gün Azərbaycan inkişaf etmiş Avropa ölkələrinin sırasındadır. Azərbaycandan seçki texnologiyalarını, idarəetməni, investisiya qoymağı öyrənilər".
Anar Kəlbiyev