Bakı sakininin bank hesabından pul oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.