Dumanlı hava şəraiti ilə əlaqədar sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 12-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər dağlıq ərazilərdə magistral avtomobil yollarında görünüş məsafəsinin 700 -1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.