"Bizim məqsədimiz taksilərin sayını azaltmaq deyil, taksi gedişlərinin sayını azaltmaqdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

"Rəqəmlər onu göstərir ki, bu gün taksi gedişlərinin təxminən 60 faizi 1,5-3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya da istənilən ictimai nəqliyyatdan istifadə etmək olar. İctimai nəqliyyat varmı sulaına cavab olaraq bildirim ki, Bakı şəhərinin ətrafında belə dayanacaqlar, marşurutların effektivliyi və s. bu kimi kifayət qədər problemlərimiz var".

Anar Kəlbiyev