Bakı Beynəlxalq Avtovağzal Kompleksinin 1500 avtomobil yerlik parkinqi vətəndaşların ixtiyarındadır.

"Unikal" xəbər verir ki, paytaxt sakinləri və qonaqlar “Avtovağzal“ metrostansiyasına 20 metr məsafədə yerləşən dayancaqda nəqliyyat vasitələrini təhlükəsiz şəraitdə saxlayaraq, şəhərdəki digər işlərini rahat şəkildə görə bilərlər.

Dayanacaq 24 saat fasiləsiz xidmət göstərir və daim kamera nəzarəti ilə təmin olunur.