Bakıda tələbə imtahana cadu ilə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəzarətçisi Elyar İslamoğlu öz “Facebook” hesabında paylaşım edib.

“Qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla + (plus) formasında çoxlu sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadu-pitini 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib”, - deyə paylaşımda yazılıb.