Şəmkir rayonunda baş tutan "Səyyar qəbul otağı" abonentlərin kütləviliyi ilə digərlərindən fərqlənib.

"Unikal" xəbər verir ki, aksiyada 50-yə yaxın sakin iştirak edərək öz müraciətini ünvanlayıb. Şəmkir RQİİ-nin rəisi çıxışını bitirər-bitirməz abonentlər problem və təkliflərini mikrofon önündə səsləndiriblər. Müraciətlərə gəlincə isə bunlar qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, qapı keçidinin genişləndirilməsi və küçə qaz xəttinin çəkilməsi kimi məsələlərlə bağlı olub. Hər bir müraciət araşdırılması üçün qeydiyyata alınıb.