Nardaranda çimərlikdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.