Azərbaycanda istehsal tikinti materiallarının dəyəri açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artıb.
Dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2 faiz, tikinti şüşəsinin istehsalı 29,7 faiz, beton istehsalı isə 21,7 faiz artıb.