İran Parlamentinin spikeri Məhəmməd Bager Qalibaf ABŞ ilə bağlanan razılaşmanın Hörmüz boğazının statusunu Tehranın xeyrinə dəyişdirdiyini bildirib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ İran üçün "Hörmüz boğazının potensialını reallığa çevirib".
Qalibaf İranın Hörmüz boğazında suveren hüquqlara malik olduğunu və müvafiq xidmətlər üçün ödəniş alacağını vurğulayıb.
"İranın Hörmüz boğazında suveren hüquqları var və təbii ki, xidmətlərimiz üçün ödəniş alacağıq", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, yekun razılaşma əldə olunsa və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, ABŞ-yə qarşı etimadsızlıq ən yüksək səviyyədə qalır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-İran sazişinin nüsxəsini imzalayıb.
Gülayə Mecid







.jpg)


























.jpg)














.jpg)


