Belarusun Təl-Əvivdəki səfiri Yuri Yaroşeviç iyunun 17-də İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qəzza zolağında İsrail Müdafiə Ordusunun (SAXAL) fəaliyyəti ilə bağlı tənqidi fikirləri və həmin hərbi əməliyyatları Holokostla müqayisə etməsi olub.

Məlumata görə, İsrail XİN-in baş direktoru Eden Bar-Tal Belarus səfirini qəbul edərək Lukaşenkonun açıqlamalarına görə ona rəsmi irad bildirib.

İsrail Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində də Lukaşenkonun beynəlxalq ictimaiyyətin israillilərə qarşı törədilən cinayətləri müzakirə etdiyi açıqlayıb.

Gülayə Mecid