17 iyun – tibb işçilərinin peşə bayramı günü münasibətilə Goranboyda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev mərkəzində Ulu Öndərin dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini və mənalı ömür yolunu əks etdirən fotostendlərə baxış keçirilib.
Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi, Goranboy Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin təşkilatçılığı ilə rəsmi hissənin ardınca, rayonun səhiyyə işçilərinin şərəfinə bayram ziyafəti təşkil olundu. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu Öndərin mənalı həyatına həsr olunmuş videoçarx izlənilib.
Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara insan sağlamlığının qorunması kimi çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Tibb sahəsində fərqlənən səhiyyə işçilərinə icra başçısının fəxri fərmanları təqdim edilib. Çıxış edən digər natiqlər dövlətin bütün sahələrə olduğu kimi tibb sahəsinə də olan davamlı dəstəyindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Tədbir musiqili proqram və xoş ünsiyyət şəraitində davam edib.

































.jpg)















