İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə birgə foto çəkdirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra “Qurani-Kərim”dən ayə oxundu.
Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olundu.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış etdilər.
Daha sonra sənədlər imzalandı.






























.jpg)



















