Ölkənin aparıcı banklarından biri olan Rabitəbank Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir. Ötən günlərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın yaranmasının 30 illiyi ilə əlaqədar bank “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində 30 şəhid ailələrinin uşağı üçün xüsusi düşərgə təşkil edib.
"Unikal" xəbər verir ki, 3 gün davam edən düşərgədə uşaqlar intellektual, əyləncəli oyunlara qoşulub və müxtəlif formatda panellərdə çıxış edərək, Rabitəbank-ın əməkdaşları ilə birgə təşkil olunmuş biznes layihə müsabiqəsində iştirak ediblər.
Tədbirin sonunda Bankın əməkdaşları uşaqlarla maraqlı söhbət edərək, onların gələcək karyera həyatları üçün töhfələr verib, hər bir uşağa bankın adından hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, Rabitəbank bundan öncə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksin i ziyarət edərək, orada təhsil alan şəhid və qazi ailələrinin övladları üçün ianə edib, Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə edib.
Bank eləcə də, müxtəlif dövrlərdə işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna və YAŞAT fonduna ianələr köçürüb.