"Ölkələr arasında sözdə gərginlik olur, amma ticarət əlaqələri əsl mənzərəni üzə çıxarır. Son bir ildə Azərbaycanla İran arasında gərginlik artıb, notalar, qarşılıqlı ritorik sərtləşmələr çoxalıb. Məntiqlə bu ölkələrarası ticarətə də təsir etməli idi, amma etməyib".
"Unikal" xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət dövriyyəsi 212 milyon 612 min ABŞ dolları olub.
"Beş ayda Azərbaycandan İrana 7 milyon 558 min, İrandan Azərbaycana isə 205 milyon 53 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bizim İrana ixracımız 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azalıb, İranın Azərbaycana ixracı isə 13% artıb. Yanvar-may aylarında ixracımızın 91%-i neft-qaz olub, amma İran ixracını 13% artırıb. Siyasətdə bəzən sözlər yox, rəqəmlər bir çox mətləblərdən xəbər verir".