Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatının könüllü olaraq sutkada 1 milyon barel azaldılmasını avqust ayına qədər uzadacaq.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, avqustda ölkənin hasilatı sutkada təxminən 9 milyon barel olacaq.
Qeyd olunur ki, bu əlavə könüllü azalma OPEC+ ölkələrinin neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün gördüyü qabaqlayıcı tədbirləri gücləndirmək məqsədi daşıyır.
Nuranə Abbasova