"Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox ciddi bir məsələyə çevrilib. Elə dərmanlar var ki, onun sertifikasiyadan keçirmək üçün aylarla gözləyirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
"Son vaxtlarda dərman qıtlığı var. Hətta adi başağrısı və digər dərmanları tapmaq mümkün deyil. Dərmanların keyfiyyəti də ciddir məsələdir. Adi aptekdən dərman alırsan, təsirini göstərmir. Alman aptekdən dərman alırsan, tamamilə başqa təsir göstərir. Yəni, təsiri yaxşıdır. Niyə bu qədər fər var?" - deyə V.Əhmədov bildirib.
Anar Kəlbiyev