Naxçıvan Muxtar Respublikasının Fəxri Xiyabanı boş qalıb. 

"Unikal" xəbər verir ki, keçmiş Naxçıvan sədri Vasif Talıbovun sərəncamı ilə yaradılan xiyabanda 2008-ci ildən abadlıq işlərinə başlanılıb. 

Son 15 ildə Naxçıvanda bir çox ziyalılarmız, alimlərimiz, qəhrəmanlarımız və başqaları vəfat etsə də, maraqlıdır ki, onların heç biri sözügedən Fəxri Xiyabanda dəfn olunmayıb. 

Qeyd edək ki, xiyaban Naxçıvanla bərabər, həmçinin ölkəmizin həyatında müstəsna xidmətləri olan ictimai-siyasi xadimlər, elm adamları, tanınmış şəxsiyyətlər üçün də nəzərdə tutulub. 

Ağarza Elçinoğlu