Bu gün Sankt-Peterburqda “Neftçi” və “Fənərbaxça” arasında oyun keçirilib.
"Unikal" xəbər verir ki, "Neftçi" Türkiyə təmsilçisi ilə “Kubok Pari Premyer” turniri çərçivəsində üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.
Yeganə qolu matçın 73-cü dəqiqəsində Edin Ceko vurub.
Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə ilə turnirdə axırıncı yeri tutub. Turnirin qalibi isə "Srvena Zvezda" olub.