Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO-nun Vilnüs sammitinin nəticələri barədə danışıb.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü baş nazir Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil fikrə ironiya ilə yanaşıb. 

“Biz açıq bəyanatlar eşitdik ki, Rusiya məğlub olana qədər Ukrayna NATO üzvü ola bilməz. Əgər Ukrayna Rusiyanı məğlub edəcəksə, NATO ona nəyə lazımdır?”, - deyə Qaribaşvili bildirib. 

Nuranə Abbasova