"Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşünün keçirilməsi şansı yüksəkdir".
“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Şanslar çox yaxşıdır. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən tarixlər üzrə konkret məlumat alan kimi biz onu mütləq paylaşacağıq”, - Zaxarova bildirib.
Nuranə Abbasova